Almaniyanın Azərbaycana sərmayə qoyuluşlarında potensial daha böyükdür - AÇIQLAMA

Almaniyanın Azərbaycana sərmayə qoyuluşlarında potensial daha böyükdür - AÇIQLAMA

Hazırda oxunan: Almaniyanın Azərbaycana sərmayə qoyuluşlarında potensial daha böyükdür - AÇIQLAMA

125465

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib. Burda bir sıra görüşlər keçirib. Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə təkbə-tək görüşdə dövlətimizin başçısı iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Məsələ ilə bağlı Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov Bizim.Media-ya bildirib ki, Avropa Ittifaqının aparıcı ölkələrindən olan Almaniya 3.85 trilyon dollar ÜDM ilə dünyada 4-cü, “köhnə qitə”də isə ən böyük iqtisadi gücdür:

“Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələr artım dinamikası ilə inkişaf edir. 2020-ci ildə ölkələr arasında xarici ticarət dövriyyəsi 817 milyon 622 min dollar idisə ötən il bu rəqəm 1 milyard 257 milyon dollaradək yüksəlib.
Son iki ildə ticarət həcmi 54 faizə yaxın artıran tərəflər ötən il ümumi dövriyyəni qoruyub saxlayıblar. Almaniyanı təmsil edən şirkətlər Azərbaycan iqtisadiyyatında aktivdirlər. Təbii ki, qarşılıqlı sərmayə qoyluşlarında potensial daha böyükdür. Xüsusən də Almaniya şirkətləri texnologiya və innovasiya transferi baxımdan böyük imkanlara malikdirlər”.

Ekspert onu da qeyd edib ki, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür:

“Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO