“Jony”nin konsertində mikrofonu söndü, fonoqramı kəsildi - VİDEO

“Jony”nin konsertində mikrofonu söndü, fonoqramı kəsildi - VİDEO

Hazırda oxunan: “Jony”nin konsertində mikrofonu söndü, fonoqramı kəsildi - VİDEO

125065

“Jony” ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli xoşaqəlməz hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, Qazaxstanın paytaxtı Astana şəhərində solo konsert proqramı çıxış edən sənətçi minlərlə tamaşaçı önündə pərt olub.

Belə ki, "Мир сошел сума" (Dünya dəli olub) hitini ifa edən zamanı “Jony”nin mikrofonu sönüb. O, mikrofonu yandırmağa çalışsa da heç bir nəticə verməyib.

Bu anda o səs rejissoruna bir neçə dəfə əl ilə işarələr versə də, bu da işə yaramayıb. Tamaşaçılar səhnədə düşdüyü çətin vəziyyətdən müğənnini ələ alması üçün gürültulu alqış və dəstək mesajlarını qışqıraraq ona çatdırıblar. İfaçı isə buna görə onlara reaksiyaları ilə təşəkkürünü bildirib.

Bir neçə dəqiqədən sonra “Jony”nin yenidən mikrofonu "sözünə baxmayıb" və sönüb. Bu anda müğənni mikrofonu ələ alaraq səhnənin yan hissəsinə keçərək dövrə vurub. 

Lakin gecədə “Jony”nin bununla da səhnədə qarşılaşdığı problem bitməyib. Belə ki, fonoqram zala verildiyi an gözlənilmədən kəsilib. Bu anda isə Jony özünü itirmədən həmin mahnını canlı oxumaq istəsə də, mikrofonu işləyib. Beləcə həmin mahnını tamaşaçılar zaldan birlikdə oxumağa başlayıblar. Bir neçə saniyədən sonra həmin nəğmə canlı musiqiçilər tərəfindən çalmağa başlanılıb. Jony hər vəclə mikrofonu yandırmağa çalışsa da, bütün cəhdlər fayda verməyib. İfaçı əsəbləşərək mikrofonun dayaq yerindən tutaraq onu bir neçə dəfə yerə vurub.
Həmin anlar isə tamaşaçılar tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Jony sevənlər konsertin təşkilatçılarını düzgün qurulmayan səs avadanlığına görə "yıxıb sürüyüblər".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO