İsrailin sabiq baş naziri Qubada dağ yəhudiləri ilə GÖRÜŞDÜ - FOTO 

İsrailin sabiq baş naziri Qubada dağ yəhudiləri ilə GÖRÜŞDÜ - FOTO 

Hazırda oxunan: İsrailin sabiq baş naziri Qubada dağ yəhudiləri ilə GÖRÜŞDÜ - FOTO 

124863

X Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq baş naziri Ehud Olmert bu gün Quba rayonuna səfər edib.

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, səfər çərçivəsində cənab Olmert Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb.

Rayon rəhbəri Quba haqda israilli qonağa ətraflı məlumat verib.

Daha sonra İsrailin sabiq baş naziri Ehud Olmert icra başçısı Ziyəddin Əliyevlə dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbəyə gedib.

Cənab Olmert burada Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya muzeyində olub,"Giləkli" və "Altı Günbəz "sineqoqlarına baş çəkib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO