İrəvandə Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə keçirilən mitinq hökumət binasının qarşısında başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Daşnaktsütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, bazar ertəsi bütün ölkə boyu itaətsizlik aksiyalarına başlamağı planlaşdırırlar.
***
Bu gün - 20 fevral tarixində Ermənistanın müxalifət partiyalarından ibarət Vətənin Xilası Hərəkatının planlaşdırdığı mitinq keçirilir.
Bizim.Media Ermenistan mətbuatına istinadən xəbər verir ki, mitinqdə Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi edilir.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan XİN rəhbəri istefa verdi
Məlumata görə, Ermənistanın "VETO" ictimai-siyasi hərəkatının üzvü, təqaüdçü polis polkovniki Robert Melkonyan İrəvan Azadlıq Meydanında saxlanılaraq polis bölməsinə aparılıb.
Bizim.Media