Gürcüstan xüsusi təyinatlıları Tbilisidə parlamentin yaxınlığında etirazçıları su şırnaqları və gözyaşardıcı qazla uzaqlaşdırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Georgia” nəşri məlumat yayıb.
Daha əvvəl Tbilisinin mərkəzində etirazçılar ölkə parlamentinin binasını mühasirəyə alıblar.
Etirazçıların bir hissəsi parlament binasının girişinin qarşısındakı hasarı aşmağa cəhd edib. Xatırladaq ki, Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq minlərlə insan küçələrə axışıb. Aksiyaçıların əsas tələbi “xarici agentlər” haqqında qanun layihəsinin geri qaytarılması və aksiyada saxlanılanların azad edilməsidir.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media