Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində müxtəlif informasiya agentliklərinin hərbi vətənpərvərlik mövzusunda yazılar hazırlayan bir qrup media nümayəndəsi ilə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən görüşdə jurnalistlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, hərbi mövzuda yazıların məzmunu və hərbi sirr hesab olunan informasiyanın yayılmasının qarşısının alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri tərəfindən jurnalistlərə hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.
Sonda media subyektləri ilə mövcud əməkdaşlığa və perspektivdə duran məsələlərə dair təkliflər dinlənilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:19 / 04.03.2023
Hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan jurnalistlərlə görüş KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan jurnalistlərlə görüş KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan jurnalistlərlə görüş KEÇİRİLDİ - FOTO
123802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.