Alman səfirin çinlilərlə bağlı gileyinə Namibiya Prezidentindən SİLLƏ KİMİ CAVAB - VİDEO

Alman səfirin çinlilərlə bağlı gileyinə Namibiya Prezidentindən SİLLƏ KİMİ CAVAB - VİDEO

Hazırda oxunan: Alman səfirin çinlilərlə bağlı gileyinə Namibiya Prezidentindən SİLLƏ KİMİ CAVAB - VİDEO

123711

Almaniyanın Namibiyadakı səfiri Herbert Bek bu ölkənin prezidenti Haqe Qotfrid Qeynqoba çinlilərin Namibiyaya axını ilə bağlı şikayət edib.

Bizim.Media xəbər verir ki, diplomat Namibiya Prezidenti ilə görüşü zamanı  ölkədə çinlilərin sayının almanlardan çox olması ilə bağlı gileylənib:

“Dünyanın heç bir yerində belə bir şey yoxdur, onların sayı almanların Namibiyadakı sayından 4 dəfə çoxdur”.
Səfirin gileyinə Namibiya rəhbəri etiraz edərək, onun hərəkətini tamaşa adlandırıb:

“Problem nədədir? Görünür, çinlilərin ölkəmizdə olması avropalıları bizdən daha çox narahat edir. Bizə yazığınız gəlir? Mən bir şeyi başa düşmürəm. Çinli heç vaxt buraya gəlib mənim üçün bu tamaşanı qurmazdı”.

Prezident qeyd edib ki, Namibiya almanlara qucaq açıb asan şəkildə viza versə də Almaniya eyni münasibəti qarşı tərəfə göstərmir:

“Lakin Almaniyanın özündə isə eyni münasibət yoxdur. Orada bizim soydaşlarımızı sıxırlar. Hətta diplomatik pasportları olanları da. Almanların isə burada heç bir problemi yoxdur.

Yaxşı olardı ki, Almaniyada xalqımıza necə münasibət bəslədiyinizdən danışasınız, məsələn, namibiyalı diplomatlarla rəftarınızı müzakirə edəsiniz. Çinlilər isə özlərini sizin kimi aparmırlar. Biz öz evimizdəyik, bizə yazığınız gəlməsin”.
Namibiya Prezidentinin bu sözlərinə isə səfir cavab verə bilməyib.

Qeyd edək ki, Namibiya Respublikası Almaniyanın keçmiş koloniyasıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO