Şavkat Mirziyoyev: “Azərbaycan və Özbəkistan münasibətlərinin nəhəng potensialı var”

Şavkat Mirziyoyev: “Azərbaycan və Özbəkistan münasibətlərinin nəhəng potensialı var”

Hazırda oxunan: Şavkat Mirziyoyev: “Azərbaycan və Özbəkistan münasibətlərinin nəhəng potensialı var”

123274

“Bizim mütəmadi görüşlərimiz strateji tərəfdaşlığımıza tamamilə yeni məzmun gətirib. Son illər biz Sizinlə ikitərəfli münasibətlərimizdə böyük sıçrayış etmişik. Artıq Sizin dediyiniz kimi, bizim komandalar da başqa cür işləyir. Real nəticələr var və yəqin ki, bizim hər bir görüşümüz münasibətlərimizə, razılaşmalarımıza impuls verir”. 

Bizim.Media xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev İraq Prezidenti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO


“Düşünürəm ki, bizim ciddi nəzarət edəcəyimiz komandalarımız hər şeyi vaxtında yerinə yetirəcək.

Siz artıq komandalarımızın intensiv görüşlərini qeyd etdiniz. Ötən ilin dekabrında bizim Baş nazirin mavini Xocayevlə görüşlər olub. Bu yaxınlarda mən Mikayıl Cabbarovu qəbul etmişəm. Biz çox uzun müddət danışdıq və bütün məsələləri müzakirə etdik. Bu, bizim münasibətlərimizin nəticəsidir ki, regionlar görüşür və belə işgüzar forumun keçirilməsi çox şeydən xəbər verir”, - deyə Mirziyoyev bildirib. 

Özbəkistan Prezidenti ölkələr arasındakı yeni layihələrdən də danışıb:

“Siz indi yeni layihələri qeyd etdiniz, sanki sadəcə görüşdük, amma buna çox ciddi hazırlaşırdıq. Layihələr 800 milyon dollar dəyərindədir. İlham Heydər oğlu, bu, onu göstərir ki, əslində, bizim nəhəng potensialımız var”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO