Mədəniyyət Nazirliyində növbəti kadr islahatı həyata keçirilib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.
Qeyd edək ki, 76 yaşlı S.Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini postunu tuturdu.
Vaqif Əliyev isə Prezidentin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:02 / 01.03.2023
Prezident nazir müavinlərini vəzifədən azad etdi
Hazırda oxunan: Prezident nazir müavinlərini vəzifədən azad etdi
Hazırda oxunan: Prezident nazir müavinlərini vəzifədən azad etdi
123222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.