İran Norveçdə iranlılara qarşı kibercasusluq edir

İran Norveçdə iranlılara qarşı kibercasusluq edir

Hazırda oxunan: İran Norveçdə iranlılara qarşı kibercasusluq edir

123133

İran hökuməti Norveçdə yaşayan müxalif miqrantlara qarşı kibercasusluq edir və əldə etdiyi məlumatlardan insanları təhdid etmək və hətta öldürmək üçün istifadə edir.

Bizim.Media xəbər verir ki, bu haqda Norveç Təhlükəsizlik Polisinin əks-kəşfiyyat bölməsinin rəhbəri Hane Blomberq məlumat yayıb.

O, Norveç televizyasına müsahibəsində bildirib ki, İranda son etiraz aksiyalarında həbs olunanların Norveçdəki yaxınları İran hökumətinin təhdidlərinə görə susmağa məcbur olublar.

Blomberg yazır ki, Tehran hökuməti Norveçdə yaşayan iranlıların mobil cihazlarını və kompüterlərini sındırmaq və idarə etmək üçün öz kiber imkanlarından istifadə edir.

Norveç Təhlükəsizlik Polisi 2023-cü ilin təhdidlərini qiymətləndirərkən qaçqınlar üzərində rəqəmsal casusluğun ölkəyə qarşı əsas təhlükələrdən biri olduğunu bildirib.

Norveç Təhlükəsizlik Polisinin rəsmisi İranın bu məsələdə mühüm roluna toxunaraq deyib ki, Tehran rejimi bu yolla hökumətə müxalif olanları izləmək üçün istifadə edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO