Yunanıstanda qatar qəzasında ölənlərin sayı 32-yə çatıb - VİDEO/YENİLƏNİB

Yunanıstanda qatar qəzasında ölənlərin sayı 32-yə çatıb - VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Yunanıstanda qatar qəzasında ölənlərin sayı 32-yə çatıb - VİDEO/YENİLƏNİB

123123

Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, yaralananların sayı isə 85 nəfərdir.

08.33

Yunanıstanda sərnişin qatarı ilə yük qatarı toqquşub. Hadisə nəticəsində 29 nəfər ölüb. 

Bizim.Media xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis canlı efirdə bildirib.

O, yaralı sayının 85 olduğunu deyib. 

Daha əvvəl isə bildirilib ki, hadisə yerində 150 yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını işləyir.

Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək Salonikiyə göndərilib. Hazırda hadisənin səbəbləri araşdırılır.

Qatar Afina - Saloniki marşrutu ilə hərəkət edib.
 

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO