Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir

Hazırda oxunan: Bu gün Od çərşənbəsidir

122905

Bu gün ölkəmizdə Od çərşənbəsi qeyd olunur. 

Bizim.Media xəbər verir ki, Od çərşənbəsi Novruzun ikinci çərşənbəsidir. 

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.  

Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. 

Qeyd edək ki, növbəti çərşənbə martın 7-nə təsadüf edir və Yel (Hava) çərşənbəsidir. Martın 14-də isə sonuncu - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəslinin Azərbaycana daxil olması isə martın 21-i Bakı vaxtı ilə saat 1:24:24-ə təsadüf edəcək.  
Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO