Azərbaycan derbisində SÜLH 

Azərbaycan derbisində SÜLH 

Hazırda oxunan: Azərbaycan derbisində SÜLH 

122891

Bu gün futbol üzrə Azərbaycan çempionatında 24-cü tura yekun vurulub. 

Bizim.Media xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.  

Mərkəzi görüşdə lider "Qarabağ" 3-cü yerdə olan "Neftçi"ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu heç-heçə ilə Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"la xal fərqini 9-a yüksəldib.  

"Qarabağ" bu mövsüm "Neftçi"yə qarşı keçirdiyi bundan əvvəlki hər iki görüşdə qələbə qazanıb - 3:1, 4:0.  

Ümumiyyətlə, "Neftçi" son dəfə Ağdam təmsilçisini 2021-ci ilin may ayının 19-da məğlub edib - 1:0.   

27 fevral (bazar ertəsi) 20:00.  
“Qarabağ”– “Neftçi” - 1:1   

Qollar: Kilan Lebon, 33 (0:1), Höccət Haqverdi, 83-avtoqol (1:1)  

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə  

“Azersun Arena” 
 25 fevral (şənbə)  
“Sumqayıt” – “Kəpəz” - 1:2   
“Şamaxı” – “Sabah” - 2:1  

24 fevral (cümə) “Səbail” – “Qəbələ” - 2:2   
“Turan Tovuz” – “Zirə” - 0:2 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO