Amerikalı siyasətçi Nensi Pelosi San-Fransisko şəhərində kafedə kameralara tuş gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Ona bir kişi yaxınlaşaraq belə sual verib:
"Bizə deyə bilərsinizmi, nəyə görə sizin doğma şəhərinizdə küçələrdə evsizlər olduğu halda Ukraynaya 150 milyard dollardan çox pul göndərirsiniz?”.
Xatırladaq ki, Nensi Patrisiya D'Alesandro Pelosi Demokratlar partiyasının nümayəndəsi kimi 1987-ci ildən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvüdür. O, 4 yanvar 2007-ci ildən 3 yanvar 2011-ci ilədək və 3 yanvar 2019-cu ildən 3 yanvar 2023-cü ilədək Nümayəndələr Palatasının sədri vəzifəsində çalışıb. ABŞ tarixində ilk qadın spiker kimi tarixə düşüb.
Bizim.Media