Türkiyədə DƏHŞƏT: Zəlzələdə evinə sığınan keçmiş arvadının üstünə qaynar su TÖKDÜ - FOTO/VİDEO

Türkiyədə DƏHŞƏT: Zəlzələdə evinə sığınan keçmiş arvadının üstünə qaynar su TÖKDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə DƏHŞƏT: Zəlzələdə evinə sığınan keçmiş arvadının üstünə qaynar su TÖKDÜ - FOTO/VİDEO

122470

Türkiyənin Hatay şəhərində zəlzələdən sonra ərinin evinə sığınan qadın dəhşət yaşayıb.

Bizim.Media "hurriyet.com" a istinadən xəbər verir ki, qadın keçmiş əri tərəfindən qaynar su ilə yandırılıb.

Belə ki, 25 yaşlı Alev Altun doqquz il evli olduğu və doqquz ay əvvəl boşandığı Savaş Altunun evinin zəlzələyə daha dayanıqlı olduğunu düşündüyü üçün dörd və iki yaşlı övladları ilə onun evində qalmağa qərar verib.

O yatdığı zaman keçmiş əri onun üzərinə qaynar su töküb. 

"Onun əlində qazan gördüm, qəsdən üstümə tökdü, yalvarıram səsimi eşidin, çox çarəsizəm",- deyə qeyd edən A.Altun ağrıdan oyanan qadın uşaqlarını da götürüb atasının evinə qaçıb. O, yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə olunur. Hadisəni törədən Savaş Altun polis nəzarətinə alınıb.

O, ifadəsində deyib ki, əlində olan qaynar su yeraltı təkanlar nəticəsində qadının üstünə tökülüb. S.Altun məhkəmə zalında həbs edilib.

Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO