İranda 19 700 000 əhalinin yaşadığı 200 bölgənin sakinləri yoxsulluqdan da aşağı vəziyyətdə yaşayır.
Bizim.Media "Azad İran" a istinadən xəbər verir ki, bunu İranın daxili işlər nazirinin müavini Əli Məhəmmədi bildirib.
Onun sözlərinə görə, sakinlərin vəziyyətinin yaxşılaşdırılması üçün mənzil, sağlamlıq, gigiyena, məşğulluq, təhsil, təlim, qida, geyim, idman və başqa sahələrdə əsas tədbirlərin görülməsi zəruridir.
Qeyd edək ki, bir müddət öncə İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi bildirmişdi ki, ötən il ölkə əhalisinin təxminən 30 faizi, yəni 25 560 000 nəfər yoxsulluq həddində olub.
Bununla belə, “Tasnim” xəbər ajansı bu statistikanı tənqid edərək bildirib ki, 2022-ci ildə yoxsulluq həddi açıqlanmasa da, ötən illə müqayisədə 2021-ci ildə xeyli yüksəlib.
Rəsmi statistikaya görə, 2019-ci ildə İranda adambaşına düşən gəlir 2010-cu illə müqayisədə 34 faizədək azalıb.
Xatırladaq ki, 2021-ci ilin məlumatına əsasən, İran əhalisinin sayı 87.920.000 nəfər olub.
Bizim.Media
- A-
- A
- A+
Region
10:25 / 23.02.2023
İranda SƏFALƏT: Əhali yoxsulluq içində yaşayır
Hazırda oxunan: İranda SƏFALƏT: Əhali yoxsulluq içində yaşayır
Hazırda oxunan: İranda SƏFALƏT: Əhali yoxsulluq içində yaşayır
122063
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.