Xəbər verdiyimiz kimi, ötən gecə Xalq artisti Ramiz Novruzov uzun sürən mədə xərçəngindən vəfat edib. Sənətkar bu gün Qurd Qapısı ərazisində yerləşən İkinci Fəxri Xiyabanda dəfn olunub.
Bəzi sosial şəbəkə istifadəçiləri Xalq artistinin dəfn mərasimində Mədəniyyət Nazirliyinin iştirak etməməsini bildirərək tənqidi paylaşımlar ediblər.
Məsələ ilə bagli Bizim.Media-nın apardığı araşdırma nəticəsində məlum olub ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Belə ki, mədəniyyət nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov mərhum sənətkarın dəfn mərasimində iştirak ediblər.
Bizim.Media məsələni araşdıraraq dəfndən nazirlik rəsmilərinin və nazirlik adından xalq artistinin dəfninə göndərilən gül çələnglərinin fotolarını təqdim edir.
Hətta əldə etdiyimiz məlumata görə, mərhum Xalq artistinin dəfn yeri də Mədəniyyət Nazirliyi tərəfindən təmin olunub.
Bizim.Media