“Bizim Market” şəbəkəsi bağlandı: Növbədə hansı ticarət şəbəkəsidir? - EKSPERT AÇIQLADI

“Bizim Market” şəbəkəsi bağlandı: Növbədə hansı ticarət şəbəkəsidir? - EKSPERT AÇIQLADI

Hazırda oxunan: “Bizim Market” şəbəkəsi bağlandı: Növbədə hansı ticarət şəbəkəsidir? - EKSPERT AÇIQLADI

121446

“17 ildir ki, “Rəqabət haqqında” qanun layihəsi parlamentdə öz qəbulunu gözləyir”. 

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib.

Ölkəmizin iri ticarət şəbəkələrinin bir-bir sıradan çıxmasından danışan ekspert qeyd edib ki, yəqin deputatlarımız gözləyir ki, inhisarçılıq tam pik nöqtəsinə çatsın və bundan sonra bu qanun layihəsini gündəmə gətirsinlər:

“Bu yaxınlarda “Bizim Market” şəbəkəsi sıradan çıxdı. İndi də bəzi ticarət şəbəkələrində qəribə qiymət endiriminə rast gəlirirk. Halbuki, qiymətlərin düşməsi üçün obyektiv səbəb yoxdur. Çünki, bütün ticarət şəbəkələrində qiymətlər sürətlə bahalaşır. Əgər hansısa ticarət şəbəkəsində istisna hal kimi qiymət endirimi edilirsə bu subyektiv səbəblə bağlıdır”. 

Əkrəm Həsənov təəssüflə bildirdi ki, bəzi marketlər şəbəkəsi məcburən sıradan çıxardılır: 

“Sırdan çıxmağa hazırlaşan marketlər də qalıq məhsullarını satmaq üçün məcburən qiymət endiriminə gedir. Əslində “Bizim Market”dən sonra bu cür addımların atılması gözləniləndir. Çünki, ölkəmizdə bir çox sahələrdə olduğu kimi ticarət şəbəkələrində də inhisarçılıq var. Bəzi iri və orta ticarət şəbəkələri də inhisarçıların təzyiqinə tab gətirmir, sıradan çıxır. Bütün hallarda isə bu tendensiya bizə yaxşı heç nə vəd eləmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO