ABŞ Türkiyə və Suriyaya əlavə yardım ayıracaq - Blinken

ABŞ Türkiyə və Suriyaya əlavə yardım ayıracaq - Blinken

Hazırda oxunan: ABŞ Türkiyə və Suriyaya əlavə yardım ayıracaq - Blinken

121389

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humanitar yardım üçün əlavə 100 milyon dollar ayırmaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Birləşmiş Ştatlar bu gün Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərlə bağlı əlavə 100 milyon dollar yardım ayırılacağını açıqlayıb", - deyə dövlət katibi qeyd edib.

E.Blinken əlavə edib ki, bunu nəzərə alaraq, ABŞ-ın zəlzələ ilə bağlı dəstək göstərmək üçün humanitar yardımı 185 milyon dollar təşkil edəcək.

O bildirib ki, vəsait xüsusilə Türkiyə və Suriyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına yardıma yönəldiləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO