Kürdəmirdə avtomobil 71 yaşlı kişini vurub xəstəxanalıq etdi

Kürdəmirdə avtomobil 71 yaşlı kişini vurub xəstəxanalıq etdi

Hazırda oxunan: Kürdəmirdə avtomobil 71 yaşlı kişini vurub xəstəxanalıq etdi

121196

Kürdəmir rayonunda qəza olub, 71 yaşlı kişi ağır xəsarətlər alıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomaşının sürücüsü həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən 1952-ci il təvəllüdlü rayonun Köhünlü kənd sakini Qənbərov Ədalət Surxay oğlunu vurub.

Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər yaralıya sol ayaq sümüyünün sınığı diaqnozunu qoyublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO