Naxçıvanda yaşayış binasındakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO/YENİLƏNİB

Naxçıvanda yaşayış binasındakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Naxçıvanda yaşayış binasındakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO/YENİLƏNİB

121061

Naxçıvanda yaşayış binasındakı yanğın söndürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliy (FHN) məlumat yayıb.

Bildirilib ki, Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 17:03

Naxçıvan şəhərində yaşayış binasında yanğın hadisəsi baş verib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

*** 16:14

Naxçıvanda güclü yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Yanğının 3-cü mikrorayon adlanan ərazidə yerləşən yaşayış binalarından birində baş verdiyi bildirilir.

Yanğınla bağlı hələlik rəsmi məlumat verilməyib.

 

 







Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO