Paytaxtda narkotik aludəçisi olan taksi sürücüsü SAXLANILDI - FOTO/VİDEO

Paytaxtda narkotik aludəçisi olan taksi sürücüsü SAXLANILDI - FOTO/VİDEO

Hazırda oxunan: Paytaxtda narkotik aludəçisi olan taksi sürücüsü SAXLANILDI - FOTO/VİDEO

120903

Bakının Nərimanov rayonunda taksi fəaliyyəti ilə məşğul olan narkotik aludəçisi saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Samid Abdullayev inzibati məsuliyyətə cəlb ediliməklə, taksi kimi fəaliyyəti dayandırılıb. 
Rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsinə müvafiq olaraq barəsində 20 sutka həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO