Bizim.Media xəbər verir ki, “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsi keçirilib.
Müsabiqə Elm və Təhsil Nazirliyi, “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin təşəbbüsü ilə baş tutub.
Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən müsabiqədə Şəki-Zaqatala regional təhsil idarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdləri müxtəlif nominasiyalar üzrə uğur qazanıb.
Bu barədə regional təhsil idarəsindən məlumat verilib.
Müsabiqənin məqsədi regionlar üzrə ekoloji təmiz məhsullar, kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahələrində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki növlərinin becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı ilə bağlı bilgilərin artırılması, onların istifadəsi, bərpası, mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarət olub.
Müsabiqənin yekun mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala regional təhsil idarəsi üzrə arıçılıq nominasiyasında Qax məktəblisi Kənan Həmzəyev birinci yerə, Balakən məktəblisi Həcər Ceerçiyeva ikinci yerə, meşə məhsulları nominasiyası üzrə Oğuzdan olan məktəbli Fidan Həbibullayeva ikinci yerə layiq görülüb. Kənan Həmzəyev eyni zamanda müsabiqənin Qran-Prisini qazanıb.
Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:29 / 16.02.2023
Respublika müsabiqəsinin qalibləri arasında Şəki-Zaqatala məktəbliləri də var - FOTO
Hazırda oxunan: Respublika müsabiqəsinin qalibləri arasında Şəki-Zaqatala məktəbliləri də var - FOTO
Hazırda oxunan: Respublika müsabiqəsinin qalibləri arasında Şəki-Zaqatala məktəbliləri də var - FOTO
120758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.