İstanbul Böyük Şəhər Bələdiyyə (İBŞB) sədri Əkrəm İmamoğlu COVID-19 virusuna yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə İBŞB sözçüsü Murad Onqun tvitter səhifəsindən bildirib:
“İstanbul BŞB sədrimiz Əkrəm İmamoğlunun COVID-19 testi müsbət çıxıb. Xəstəxanada müalicəyə başlayan sədrimizin səhhəti yaxşıdır. İctimaiyyətin nəzərinə çatdırırıq”.
Bununla yanaşı, Ə.İmamoğlu da tvitter səhifəsindən səsli müraciəti yerləşdirib:
“COVID-19 testim müsbət çıxdı, müalicə prosesi başladı. Səhhətim hazırda yaxşıdır, maraqlananların hamısına təşəkkür edirəm. Səhhətinizə və tədbirlərə mütləq diqqət yetirin, hamınızı sevirəm”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:22 / 24.10.2020
Əkrəm İmamoğlu koronavirusa yoluxub
Hazırda oxunan: Əkrəm İmamoğlu koronavirusa yoluxub
Hazırda oxunan: Əkrəm İmamoğlu koronavirusa yoluxub
1202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.