Tural Abbaslı YAP-çı deputata kəskin sual verdi: “Siz kimin yanındasınız?” – VİDEO

Tural Abbaslı YAP-çı deputata kəskin sual verdi: “Siz kimin yanındasınız?” – VİDEO

Hazırda oxunan: Tural Abbaslı YAP-çı deputata kəskin sual verdi: “Siz kimin yanındasınız?” – VİDEO

12017

Ağ Partiyasının sədri Tural Abbaslı  millət vəkili Nəsib Məhəməliyevə sərt sualla müracət edib.

Bizim.Media xəbər verir ki, hadisə canlı debat efirlərinin birində baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Cəmiyyətimizdə cəzasızlıq sindromu var – Partiya sədri


Belə ki, partiya sədri deputatın qonaq olduğu efirə telefonla əlaq quraraq N. Məhəməliyevə sualla müraciət edib:

“Cənab Prezident İlham Əliyev bəzi məmurların adlarını çəkərək onları sərt şəkildə tənqid edib. Mən bilmək istəyirəm cənab millt vəkili komanda dedikdə özünü prezidentin komandası sayır yoxsa tənqid olunan məmurların dəstəsindən?

Prezident öz çıxışı zamanı bildirdi ki, Elman Rüstəmovun heç nədən xəbəri yoxdur, Elçin Quliyev “zastava” tikir. Sualım bundan ibarətdir ki, çox hörmətli millət vəkili komandanın maraqlarını müdafiə etməliyəm dedikdə kimi nəzərdə turur? Prezidenti yoxsa tənqid olunan məmurları?


O kimin yanındadır? Prezident İlham Əliyevin yoxsa 200 -300 milyona ofis tikən məmurların yanında?”

“Mən bir mənalı şəkildə Prezident İlham Əliyevin rəhbərlik etdiyi komandanı nəzərdə tututam. Uzun illər onun rəhbərliyi altında çalışmış bir insan kimi  onun apardığı siyasəti sonuna qədər dəstəkləyirəm.

Mənim üçün ondan başqa ikinci bir məmur yoxdur”, deyə Nəsib Məhəmməliyev sualı cavablandırıb.

Sözügedən videonu təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO