Ukrayna Prezidenti Volodimir Zelenski və Prezident Ofisinin rəhbəri Andriy Yermak zəlzələ ilə əlaqədar başsağlı vermək üçün Türkiyə səfirliyinə gediblər.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Prezident Ofisi məlumat yayıb.
Məlumata görə, Zelenski səfirliyin önünə gül dəstələri qoyub və matəm kitabına yazı yazıb:
“Şəxsən öz adımdan və Ukrayna xalqı adından səmimi başsağlığımı qəbul edin. Bir anda bu qədər insanın həyatına son qoyan dəhşətli faciə ürəyimizdə dərin ağrı yaratdı. Türk xalqının dərdini paylaşır, bu çətin gündə onlara əlimizdən gələn yardımı edirik. Həlak olanların ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”.
Bizim.Media