Siyəzəndə baş verən dəhşətli qəzadan XƏBƏR VAR - YENİLƏNİB

Siyəzəndə baş verən dəhşətli qəzadan XƏBƏR VAR - YENİLƏNİB

Hazırda oxunan: Siyəzəndə baş verən dəhşətli qəzadan XƏBƏR VAR - YENİLƏNİB

119884

Siyəzəndə baş verən qəzada ölənlərin kimliyi bəlli olub. 

Bizim.Media-nın Şimal bürosunun əldə etdiyi məlumata görə, "Audi "markalı avtomaşını Şabran rayon şakini Nicat Məmmədov idarə edib.

Sürücü avtomaşını yolun kənarında dayanmış "Mercedes" markalı yük avtomobilinə çırpıb.  

Nəticədə avtomaşında olan 5 sərnişindən 2-si - Siyəzən şəhər sakinəri, 16 yaşlı Nihat Abasov, 17 yaşlı Aqşin Məmmədli hadisə yerində,16 yaşlı Rəvan Abasov xəstəxanaya aparılarkən yolda keçinib. 

Yaralılardan 17 yaşlı Mursaqulu Qədirov, Əsgər Əsgərov və sürücü Nicat Məmmədov isə Siyəzən Müalicə və Dioqnostika Mərkəzinə yerləşdiriliblər.  

Qəzanın başvermə səbəbləri araşdıırılır. Siyəzən rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.  

15.56

Siyəzəndə dəhşətli qəzada ağır xəsarət alanlaın şəxsiyyəti məlum olub.

Bizim.Media xəbər verir ki, 31 yaşlı Şabran şəhər sakini Nicat Məmmədov və Siyəzən şəhər sakini 17 yaşlı Əsgər Əsgərovdur. Nicat Məmmədov Siyəzən rayon diaqnostika mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, qəza nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO