Ermənistanda evi və obyektləri olan Azərbaycan vətəndaşları kimlərdir? – SON MƏLUMAT

Ermənistanda evi və obyektləri olan Azərbaycan vətəndaşları kimlərdir? – SON MƏLUMAT

Hazırda oxunan: Ermənistanda evi və obyektləri olan Azərbaycan vətəndaşları kimlərdir? – SON MƏLUMAT

119821

Azərbaycan vətəndaşları ötən il Ermənistanda mənzil və fərdi ev alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, mənzil İrəvandakı çoxmənzilli binalardan birində yerləşir, ev isə paytaxtın Lori rayonundadır. Bundan əlavə ötən il Türkiyə vətəndaşları İrəvanda 11 mənzil alıblar. 

Məlumatda o da qeyd olunur ki, bu alış hər hansı alver məqsədi daşımayıb. Çünki indiyə qədər hər iki dövlətin vətəndaşları daşınmaz əmlak satmayıblar.

Məsələ gündəmə gəldikdən sonra “Sputnik Armeniya” Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinə ümumi statistika haqqında sorğu da yollayıb.

Sorğuya cavab olaraq bildirilib ki, 2010-2021-ci illərdə Türkiyə vətəndaşları tərəfindən Ermənistanda ümumilikdə 71 obyekt alınıb, dəyişdirilib və bağışlanılıb. Bu siyahıya mənzillər, fərdi evlər, qarajlar, həmçinin ictimai obyektlər, torpaq sahələri də daxildir.
Azərbaycan vətəndaşları isə son 10 il ərzində Ermənistanda 6 obyekt alıblar.

Amma məlumatda o da qeyd olunub ki, burda söhbət alıcıların etnik mənsubiyyətindən yox, Azərbaycan və Türkiyə vətəndaşlığı olan şəxslərdən gedir. Onların milliyyətcə azərbaycanlı və türk olduğunu mənbə açıqlamayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO