Litva Ukraynaya zenit silahları GÖNDƏRİR 

Litva Ukraynaya zenit silahları GÖNDƏRİR 

Hazırda oxunan: Litva Ukraynaya zenit silahları GÖNDƏRİR 

119753

Litvanın Ukraynaya verəcəyi və İsveçin “Bofors” konserninin istehsalı olan “L-70” zenit silahları təyinat istiqaməti üzrə göndərilib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Litvanın LRT radiosu məlumat yayıb. 

Məlumata görə, silahlar Radviliskis rayonunda yük maşınlarının platformalarına yerləşdirilərək yola salınıb. 

Kiyevdə səfərdə olan Litvanın müdafiə naziri Arvidas Anuşauskas qeyd edib ki, Vilnüs Kiyevə 36 zenit sistemi tədarük edir. Litvalı təlimatçılar Ukrayna hərbçiləri üçün bu silahların döyüş meydanında istifadəsi və saxlanması üzrə kurslar da keçiblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO