Sosial QAZ LİMİTİ: “Dağlıq bölgələrə büdcədən istilik pulu ayrılsın” - TƏKLİF

Sosial QAZ LİMİTİ: “Dağlıq bölgələrə büdcədən istilik pulu ayrılsın” - TƏKLİF

Hazırda oxunan: Sosial QAZ LİMİTİ: “Dağlıq bölgələrə büdcədən istilik pulu ayrılsın” - TƏKLİF

119721

Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında qaz limitinə dair müzakirə aparmağı təklif edib:

“Soyuq qış günlərində bizə insanlar tərəfindən qaz limitləri ilə bağlı müraciətlər çox olur, dekabr-yanvar ayları ərzində limit tükənir. Problemi görməmək problemin həlli demək deyil. Bu məsələni yaz sessiyasında iş planına daxil etsək, yaxşı olar”, - Nəsib Məhəməliyev əlavə edib.

Bizim.Media-ya açıqlama verən neft-qaz məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, azad edilən ərazilər, Daşkəsən, Gədəbəy, Qusar, Xızı kimi dağlıq zonada yayaşanlara münasibətdə sosial tariflər müəyyənləşməli, büdcədən onlara istilik pulu deyilən vəsait ayrılmalıdır:

“Qaz limitinin tətbiqinin tərəfdarıyam. Çünki bir sıra istehlakçılar evin qışda temperaturunun 22-23 dərəcədə olması ilə kifayətləndiyi halda, bəziləri üçün bu norma 30 dərəcə və daha yüksəkdir.
Deməli, evin temperaturunun daha yüksək olmasını istəyənlər bunu qiymətlə ödəməlidir. Birinin evi 100 kv.m-dir, digərinin ki isə min kv.m. Ona görə də qaz limitinin tətbiqilə həmin ev sahibi diverensial olaraq daha çox ödəməlidir”.

Ancaq həmsöhbətimiz düşünür ki, bu məsələdə ölkənin Aran ərazisində yaşayanlarla dağlıq bölgəsində yaşayanlara eyni gözlə baxmaq olmaz:

“Dağ bölgəsində yaşayan 8 ay, aranda yaşayan isə cəmi 3 ay istiliyə möhtacdır. Azad edilən ərazilərimiz, Daşkəsən, Gədəbəy, Qusar, Xızı Azərbaycanın bəlkə də Sibiridir. Həmin dağ massivində yaşayanlar digər rayonlarda yaşayanlarla müqayisədə həm də gəlir baxımından aşağı gəlirə malikdir.

Ona görə də bu ərazilərdə yaşayan abonentlərə münasibətdə sosial tariflər müəyyənləşməlidir. Dövlət büdcəsindən onlara birbaşa istilik pulu deyilən vəsait ayrılmalıdır.
Sovetlər dönəmində Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistanda yaşayanlar əmək haqqına 20 faiz əlavə alırdı. Bunu da həmin yerin yüksək dağlıq ərazidə yerləşməsi, burada oksigenin azlığı ilə əlaqələndirirdilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO