Hərbi həkimlərimiz Türkiyədə 10 cərrahi əməliyyat edib - FOTO

Hərbi həkimlərimiz Türkiyədə 10 cərrahi əməliyyat edib - FOTO

Hazırda oxunan: Hərbi həkimlərimiz Türkiyədə 10 cərrahi əməliyyat edib - FOTO

119491

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər. 

Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.

Son məlumatlara görə, zəlzələ nəticəsində 14351 nəfər həyatını itirib, 63794 nəfər yaralanıb. Ümumulikdə 6444 bina dağılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO