Kəlbəcər rayonunun 101 yaşlı şəhid anası ziyarət olundu - FOTO

Kəlbəcər rayonunun 101 yaşlı şəhid anası ziyarət olundu - FOTO

Hazırda oxunan: Kəlbəcər rayonunun 101 yaşlı şəhid anası ziyarət olundu - FOTO

119260

Kəlbəcər rayon İcra Hakimiyyətinin rəhbərliyi Birinci Qarabağ müharibəsində şəhid olan Famil Abbasəli oğlu Allahverdiyevin 101 yaşlı  anası  Xuraman Allahverdiyevanı ziyarət edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Azər Qocayev 101 yaşlı Şəhid anasının qayğıları ilə maraqlanıb, həll olunmalı məsələlər barədə aidiyyatı qurumlara öz göstərişlərini verib.

Rayon rəhbəri şanlı Zəfər tariximizdən, ölkəmizdə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə, müharibə qazilərinə və iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib.
Şəhid anası Xuraman  Allahverdiyeva ona və ailəsinə göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Allahverdiyev Famil Abbasəli oğlunun atası Allahverdiyev Abbasəli Həsən oğlu Böyük Vətən Müharibəsinin iştirakçısı olmaqla,1-ci qrup  əlil olub.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO