Sabah Bakıya qar yağacaq - PROQNOZ

Sabah Bakıya qar yağacaq - PROQNOZ

Hazırda oxunan: Sabah Bakıya qar yağacaq - PROQNOZ

119186

Fevralın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1°-dək isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

Yollar buz bağlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO