Zaqatalada qəza: Motosikletçi ağır yaralandı

Zaqatalada qəza: Motosikletçi ağır yaralandı

Hazırda oxunan: Zaqatalada qəza: Motosikletçi ağır yaralandı

118884

Zaqatalada yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı motosikletçi ağır bədən xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Danaçı kəndi ərazisində qeydə alınıb.

Belə ki,  kənd sakini 67 yaşlı Mohuddin Makarovun idarə etdiyi motosiklet qarşıdan gələn digər nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə Mohuddin Makarov müxtəlif dərəcəli ağır xəsarət alaraq əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı Mohuddinə sol baldır sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub. Müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma başlanılıb.                        

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO