ÜST-dən koronovirus xəbərdarlığı

ÜST-dən koronovirus xəbərdarlığı

Hazırda oxunan: ÜST-dən koronovirus xəbərdarlığı

1187

“Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli trayektoriyadadır”

Bizim.Media xarici mətbuata istinadənxəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədəki brinfinqdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.

“Biz COVID-19 pandemiyasının kritik vacib kəsişməsindəyik, xüsusilə şimal yarımkürəsində. Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli trayektoriyadadır”, - deyə ÜST rəhbəri xəbərdarlıq edib.

O, dünya ölkələrinin liderlərini ölüm hallarının artması, səhiyyə sistemlərinin çökməsi və məktəblərin bağlanmasının qarşısının alınması istiqamətində dərhal addımlar atmağa çağırıb.

Qeyd edək ki, sözügedən brifinq təşkilatın "Youtube" kanalı vasitəsilə yayımlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO