İdman Tv-də alman futboluna baxacağıq – Telekanal Bundesliqanın yayım hüququnu ALDI 

İdman Tv-də alman futboluna baxacağıq – Telekanal Bundesliqanın yayım hüququnu ALDI 

Hazırda oxunan: İdman Tv-də alman futboluna baxacağıq – Telekanal Bundesliqanın yayım hüququnu ALDI 

118215

İdman TV yeni layihələri ilə tamaşaçılarını sevindirir.

Bizim.Media xəbər verir ki, telekanal bu ildən Almaniya Bundesliqası ilə yenidən futbol həvəskarlarının görüşünə gəlir. 

“Böyük beşlik” ölkələrinin ən maraqlı çempionatlarından biri olan Bundesliqa İdman TV vasitəsilə canlı yayımlanacaq. “Bavariya” və Dortmund “Borussiya”sı kimi komandaların diqtə etdiyi liqada hər il futbol həvəskarları əsl şounun şahidi olursa, bu mövsüm çempionatda intriqa daha da yüksək həddə çatıb. Çempionluq uğrunda mübarizədə artıq “Bavariya”ya qoşulan komandalar da var.  

Bu mənada “Yunion Berlin”, “Leypsiq”, “Frayburq” və “Ayntraxt” kimi klubları fərqləndirmək olar. 

Üstəlik bundesliqada mövqeyini qorumaq uğrunda da komandalar amansız mübarizəyə qoşulub. Bundesliqa həm də hücum futbolu sərgiləyən komandaların çempionatıdır. Futbolun yaraşığı qoldursa, bu mənada Almaniya çempionatı milyonların sevimli oyununa əsl yaraşıq qatır.

İdman Tv bol qollu matçları ilə futbol həvəskarlarının zövqünü oxşayan Bundesliqanı yenidən ekranlarınıza gətirir. 

Telekanal hər turun bir neçə oyununu azarkeşlərə canlı yayımla təqdim edəcək. Sadio Mane, Leroy Sane, Tomas Müller, Leon Qoretska, Dani Olmo, Timo Verner, Kristofer Nkunku, Marko Roys və Cud Bellingem kimi dünya ulduzları məhz “İdman TV” vasitəsilə qonağınız olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO