Sevda: “Qızım atasına çox bənzəyir” - VİDEO

Sevda: “Qızım atasına çox bənzəyir” - VİDEO

Hazırda oxunan: Sevda: “Qızım atasına çox bənzəyir” - VİDEO

117377

Müğənni Sevda Yahyayeva ana olduqdan sonra ilk dəfə efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində qız övladı Ayladan söz açıb. 

Yahyayeva bildirib ki, onun övladı həkim-genetik həyat yoldaşı Zakir Bayromova çox bənzəyir: 

“Aylanın ötən şənbə günü 40 günü oldu. Bu, artıq 42-ci günüdür. Ona fotosessiya istəyirəm edim. Sosial şəbəkə izləyicilərim yazırlar ki, Aylanı görmək istəyirik. İnşallah, gözəl fotolar çəkdirəndən sonra sosial şəbəkə hesabımda izləyicilərimlə bölüşəcəyəm. Qızım daha çox atası Zakirə oxşayır.

Onun “kopyasıdır”. Ayla dünyaya gəlməmişdən əvvəl bətnimdə olan zamanı ultrasəs aparatı ilə çəkilən fotolarına baxdıqda eynən Zakirə bənzəyirdi. Dünyaya gəldi, gördük ki, həqiqətən elə Zakirə oxşayır. Qızım yatanda da öz rahatlığını fikirləşir. Əlini başının altına qoyub yatır. Bu hissləri yaşamayanlara arzu edirəm. Sözlə ifadə etmək olmur. Evdən çıxanda da fikrim qalır, görəsən Ayla neynir? Baxmayaraq ki, evdə 52 nəfər var, hamısı da ona baxır. Amma yenə də fikrim qızımın yanında qalır”. 
Qeyd edək ki, Sevda ötən il həkim-genetik Zakir Bayramovla ailə qurub.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO