Ağcabədidə Şəhid Fərhad Atakişiyev anılıb.
Bizim.Media-nın yerli bürosu xəbər ki, şəhidin ailə üzvləri və yaxınlarının iştirakı ilə xeyriyyə məqsədi ilə tikilmiş bulağın açılışı olub.
Xatirə bulağının önündə həkk olunmuş şəhid lövhəsi ziyarət olunub. Abidə önünə gül dəstələri qoyulub.
Şəhidin qardaşı əməkdaşımızla söhbət zamanı, qardaşı haqqında xatirələrini bölüşüb, onun göstərdiyi qəhrəmanlıqla fəxr etdiyini ifadə edib. O, bulağı inşa etdirən xeyriyyəçiyə ailə adından təşəkkürünü bildirib.
Qeyd edək ki, Fərhad Atakişiyev 1991-ci ildə Qarabağ bölgəsində hərbi əməliyyatlar başlandığı zaman, ali təhsilini yarımçıq qoyaraq, könüllü olaraq cəbhəyə yollanəb və Kərkicahan qəsəbəsini müdafiə edən hərbi bölmələrə qoşulub.
1991-ci ilin dekabr ayının 28-i qeyri-bərabər döyüşdə, Milli Ordunun könüllü əsgərləri ilə birlikdə mühasiyərə düşüb, yaralı vəziyyətdə əsir götürülüb.
Çoxsaylı itkilərin əsas səbəbini Fərhad Atakişiyevin bələdçiliyində görən erməni hərbi dəstələri ona qarşı fasiləsiz, amansız və xüsusi işgəncələr tətbiq edib. Düşmənin hər tələbinə, "Qarabağ Azəbaycanındır!" cümləsi ilə cavab verən Fərhad Atakişiyev, bu səbədən xüsusi qəddarlıqla qətlə yetirilib.
Şəhidin anası Dilarə Atakişiyeva, ölkə rəhbəri, Ali baş komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Ana bildirib ki, şəhid olan övladı evin ilki olub. Onun bir qardaşı və bir bacısı olub. Həmçinin atası Rəhman Atakişiyev övlad acısının yükünü çəkə bilməyərək müharibə qurbanına çevrilib:
"Fərhad tələbə idi, məlumat verdi ki, təhsilini yarımçıq qoyub cəbhəyə gedir. Mane ola bilmədik, getdi. Vətən sağ olsun! Bütün şəhidlərlə fəxr edirəm”.
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsilini yarımçıq qoyaraq cəbhəyə gələn Fərhad Atakişiyevin amalı dövlətin ərazi bütövlüyü olub.
Dilarə ana Vətən müharibəsi nəticəsində itirilmiş torpaqların azad edilməsini böyük təskinlik hesab edir: "Azərbaycan ordusunun qələbəsi bizim acılarımıza məlhəm oldu. Övladlarımızın qisası alındı, ərazilərimiz azad edildi".
Fərhad Rəhman oğlu Atakişiyev əsirlikdə qəhrəmanlıq və dəyanət nümayiş etdirməsinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:48 / 28.01.2023
Ağcabədidə Birinci Qarabağ şəhidi anıldı, adına tikilən bulağın açılışı oldu - FOTO
Hazırda oxunan: Ağcabədidə Birinci Qarabağ şəhidi anıldı, adına tikilən bulağın açılışı oldu - FOTO
Hazırda oxunan: Ağcabədidə Birinci Qarabağ şəhidi anıldı, adına tikilən bulağın açılışı oldu - FOTO
117194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.