"Azərbaycan səfirliyinə hücum terror aktıdır" – Ziyafət Əsgərov 

Hazırda oxunan: "Azərbaycan səfirliyinə hücum terror aktıdır" – Ziyafət Əsgərov 

116944

“Ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə hücum və bir nəfərin qətlə yetirilməsi heç bir çərçivəyə sığmır və beynəlxalq hüquqlara, konvensiyalara ziddir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov komitənin yanvarın 27-də keçirilən iclasında deyib. 

Komitə sədri bildirib ki, bu hadisə terror hadisəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur. 

Ziyafət Əsgərov təəssüflə qeyd edib ki, baş verən hadisə yaxın qonşumuz İranın iç üzünü bir daha ortaya qoyur və “qardaş” ölkə olduqlarını təsdiqləyir. 

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO