Vətən müharibəsi qazisi Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovadan şikayətçidir.
Bizim.Media xəbər verir ki, bu barədə qazi Orxan Məmmədovun özü məlumat verib.
Sosial şəbəkədə yayılan video paylaşımda qazi Vətən müharibəsinin iştirakçıları ilə icra başçısının qəbulunda olduğunu söyəyib.
O.Məmmədovun sözlərinə görə, dəfələrlə məşğulluqla bağlı müraciət etsə də səsini duyan olmayıb:
“Onun qəbuluna güclə düşmüşdük. İradə xanımdan xahiş etdik ki, bizi işlə təmin etməyə köməklik göstərsin. Səhəri Abşeron icra hakimiyyətinin saytından oxuyuruq ki, guya biz işlə təmin olunmuşuq”.
Qazi bildirib ki, İ.Gülməmmədova bu məlumatı reklam üçün sayta yerəşdirib. İcra başçısına təkrar müraciət etdiyində isə qazilər “Bura işədüzəltmə bürosu deyil, get, hara istəyirsən şikayət yaz”- cavabını alıblar.
Vətən müharibəsi iştirakçısı Gülməmmədovanın qazilərlə kobur rəftar etdiyini də vurğulayıb:
“Bizdən başqa biri də İradə xanımın qəbuluna düşmüşdü, başçı onunla da kobud danışdı. Dedi ki, mənə görə döyüşməmisən ki. Dövlətinə görə getmisən”.
Bizim.Media