Bakıda idmançı ərini öldürməkdə təqsirləndirilən arvad:

Bakıda idmançı ərini öldürməkdə təqsirləndirilən arvad: "Evə qadın gətirirdi"

Hazırda oxunan: Bakıda idmançı ərini öldürməkdə təqsirləndirilən arvad: "Evə qadın gətirirdi"

116573

“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nigar Qasımova (ad, soyadı şərti) ifadə verib.

O bildirib ki, mərhum N.Qalabəyli ilə kafedə işləyən zaman tanış olub:

"Sonra Nurani məni evinə dəvət etdi. Mən isə onun evinə getmək istəmədim. Bu zaman Nurani evə zəng edib həyat yoldaşı Əfsanə ilə danışdı. Ona dedi ki, evə qadın gətirirəm. Mənə evdəkilərin razılıq verdiyini söylədi. Bundan sonra onlara getməyə razılaşdım. Birlikdə onlara getdik, bizi Əfsanə qarşıladı. Həmin vaxt Əfsanə bildirdi ki, narahatlıq yoxdur, sərbəst ol. Biz birlikdə evdə çay içdik, söhbət etdik. Daha sonra Əfsanə bizə yer saldı. Mən buna razı deyildim. Nurani isə mənə hədə-qorxu gəldi, sonra döyüb barmağımı zədələdi. Məcbur olub onunla razılaşdım".

N.Qasımova deyib ki, növbəti günlərdə N.Qalabəyli ona tez-tez zəng edirmiş. Qadının sözlərinə görə, onun zənglərinə cavab verməyəndə isə ölümlə hədələyirmiş:

"Nuraninin ölüm xəbərini köhnə işlədiyim kafedəki iş yoldaşlarımdan eşitdim. Əvvəlcə onun beyninə qansızması nəticəsində öldüyünü dedilər. Sonradan məlumat əldə etdim ki, Nuranini həyat yoldaşı Əfsanə qətlə yetirib. Mən özüm də ailəliyəm, iki uşağım var. Evdən qardaşımgilə getmək adıyla çıxırdım. Nurani spirtli içki qəbul edəndə özündə olmurdu. Onunla intim münasibətim 3 il davam etdi. Hər dəfə onlara gecələr gedirdim. Həmişə Nuraninin arvadı da, uşaqları da evdə olurdu. Onunla görüşməyəcəyim halda münasibətlərimiz barədə yaxınlarıma, qohumlarına zəng edərək deyəcəyini bildirirdi, məni ərimlə, oğlumla şantaj edirdi".

Təqsirləndirilən şəxs isə söyləyib ki, Nigar onun evinə Nurani üçün digər qadınları da gətirib:

"Bütün bunlar mənim, uşaqlarımın gözünün qarşısında baş verirdi. Etiraz edəndə, döyülürdüm, söyülürdüm. Nurani mənə illərlə zülm eləyib. Zəng eləyirdi ki, hazırlıq gör, evə adam gələcək. Bir də görürdüm ki, evə pozğun qadın gətirdi. O evdə elə dəhşətlər yaşamışam ki..."

Daha sonra şahid qismində Ə.Qalabəylinin qonşusu Namil Nəcəfov dindirilib.

O deyib ki, hadisə günü işdən evə qayıdanda binanın blokunun qarşısında Əfsanənin əlində bıçaq olduğunu görüb:

"Mən də bu barədə polisə məlumat verdim. Onlar gəlib qadının əlindən bıçağı aldılar. Hadisə gününə qədər onları tanımamışam".

Prosesdə şahid qismində təqsirləndirilən şəxsin 13 yaşlı oğlu da ifadə verib. O bildirib ki, mərhum atası ailə üzvləri ilə çox pis davranırmış.

"Əvvəllər Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində oxuyurdum, həftənin 5 günü orada, 2 günü isə evimizdə qalırdım. Evə gələndə döyülmək, söyülmək, pozğunluq görürdüm. Atam evə pozğun qadınlar gətirirdi. O, bizi digər otağa salırdı, özü isə başqa otağa girib qapını arxasından bağlayırdı”.

Məhkəmənin növbəti ictası fevralın 3-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.

Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, N.Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO