Britaniya İranın vəzifəli şəxslərinə SANKSİYA tətbiq etdi

Britaniya İranın vəzifəli şəxslərinə SANKSİYA tətbiq etdi

Hazırda oxunan: Britaniya İranın vəzifəli şəxslərinə SANKSİYA tətbiq etdi

116259

Böyük Britaniya İranın yüksək vəzifəli məmurlarına qarşı yeni sanksiyalar tətbiq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib. 

“Bu gün Böyük Britaniya İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edir.

Bu sanksiyalar, Avropa İttifaqı və ABŞ-ın sanksiyaları ilə yanaşı, beynəlxalq ictimaiyyətin İran rejiminin, Böyük Britaniya və İran vətəndaşı Əlireza Əkbərinin edam edilməsi də daxil olmaqla, öz xalqına qarşı törətdiyi dəhşətli zorakılığı ümumi şəkildə pislədiyini nümayiş etdirir”, - deyə bəyanatda qeyd edilib. 
Qeyd edilib ki, sanksiyalar siyahısına İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri, İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müavini Hüseyn Nejat, “Bəsic” İslam xalq könüllüləri dəstəsinin komandanının müavini Salar Abnuş və Asayiş keşikçiləri qüvvələrinin komandanının müavini Qasem Rezai daxildir. Həmçinin, “Bəsic” İslam xalq könüllüləri dəstəsinə və “Bəsic” Kooperativ Fonduna da sanksiyalar tətbiq edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO