Aktrisa Ülviyyə Tünzalənin dəfn olunacağı yeri AÇIQLADI - ÖZƏL

Aktrisa Ülviyyə Tünzalənin dəfn olunacağı yeri AÇIQLADI - ÖZƏL

Hazırda oxunan: Aktrisa Ülviyyə Tünzalənin dəfn olunacağı yeri AÇIQLADI - ÖZƏL

116080

Xəbər verdiyimiz kimi, uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva bu gün saat 12 radələrində Milli Onkologiya Mərkəzində vəfat edib. Sənətçinin bacısı Zülfiyyə xanım daha əvvəl müsahibəsində bildirib ki, Tünzalə Bakıda Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Əməkdar artist Ülviyyə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib ki, Mədəniyyət Nazirliyi Tünzalə Əliyevanın dəfni ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.

Bundan başqa Mədəniyyət Nazirliyi Tünzalənin Qurd Qapısı ərazisində yerləşən qəbiristanlıqda dəfn olunacağı ilə bağlı aktrisanın ailəsinin müraciətini müsbət qarşılayıb.

Əməkdar artist sabah sözügedən məkanda dəfn olunacaq.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO