Kikboksçumuz İngiltərədə ilin idmançısı seçilə bilər - VİDEO

Kikboksçumuz İngiltərədə ilin idmançısı seçilə bilər - VİDEO

Hazırda oxunan: Kikboksçumuz İngiltərədə ilin idmançısı seçilə bilər - VİDEO

115958

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər.

Bizim Media xəbər verir ki, “Best of Birminqem”in qalibi olmaq üçün Beynəlxalq Ümumdünya Oyunlar Assosiasiyası (IWGA) 2022-ci ilin idmançı və komandaları arasında səsvermə keçirir.

Səsvermədə beynəlxalq idman federasiyaları tərəfindən təklif olunmuş 23 idmançı və 12 komanda iştirak edir. Bu iştirakçıların hamısı ötən ilin 7-17 iyul tarixlərində ABŞ-n Birminqem şəhərində (Alabama ştatı) keçirilmiş XI Ümumdünya Oyunlarının iştirakçılarıdır.

Azərbaycandan bu səsvermədə sözügedən yarışın çempionu, dünya və Avropa çempionatının, eləcə də V İslam Həmrəyliyi Oyunlarının qalibi Bəhram Rəcəbzadə də iştirak edir. Hər 24 saatdan bir 2 idmançıya səs verə bilərsiniz. Birinci səs verdiyiniz idmançıya səs 2, ikinci səs verdiyiniz atletə 1 olaraq hesablanır. 
İlkin səsvermə sabah başa çatacaq. Əgər idmançımız ilk 10-luğa düşsə, ikinci səsvermə mərhələsinə adlayacaq. İkinci mərhələ yanvarın 31-dək davam edəcək. İlin idmançısı və komandasına pul mükafatı və hədiyyə veriləcək.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO