Şəhid övladları üçün güzəştlər QÜVVƏYƏ MİNİR

Şəhid övladları üçün güzəştlər QÜVVƏYƏ MİNİR

Hazırda oxunan: Şəhid övladları üçün güzəştlər QÜVVƏYƏ MİNİR

115814

Şəhid övladları üçün güzəştlər qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

O bildirib ki, bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı, onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə edəcəklər. 

““Vergi Məcəlləsinə” edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvləri hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Şəhidlərimizin övladları da artıq bu güzəştdən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı, övladları da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. 
 

Qeyd edək ki, əvvəllər bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideynləri və həyat yoldaşlarına şamil olunurdu.

Yeni dəyişikliklər şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı, hansı yaşda olmasından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ yaradır. Bu, şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da bu hüquqdan istifadə imkanı deməkdir. Bu baxımdan da, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydalanmağa imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO