Bakı-Quba yolunda sükut - VİDEO

Bakı-Quba yolunda sükut - VİDEO

Hazırda oxunan: Bakı-Quba yolunda sükut - VİDEO

115798

Bakı-Quba yolunun Şabranın Gəndab kəndindən keçən hissəsində gündüz saat 12.00-da Yanvar Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Gəndab kəndində yerli fəalların və şəhid ailələrinin dəstəyi ilə yaradılmış Şəhidlər parkının qarşısına yığışan müharibə veteranları və sakinlər anım dəqiqəsində şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bakı-Quba yolunda hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri də anım dəqiqəsinə qoşulublar.

Məlumatı Gəndab kəndindən olan Birinci Qarabağ veteranı Rəşad Heydərov Bizim.Media-ya təqdim edib.
 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO