33 ildə Şəhidlər Xiyabanını neçə milyon insan ziyarət edib? - STATİSTİKA

33 ildə Şəhidlər Xiyabanını neçə milyon insan ziyarət edib? - STATİSTİKA

Hazırda oxunan: 33 ildə Şəhidlər Xiyabanını neçə milyon insan ziyarət edib? - STATİSTİKA

115789

Tariximizin qanlı və şanlı səhifəsi olan 20 yanvar hadisələrindən bizi 33 illik zaman ayırır. Lakin bu ayrılıq nisbi xarakter daşıyır. Çünki soydaşlarımızın böyük əksəriyyəti 20 yanvar hadsilərinin şahidi və yaxud birbaşa iştirakçısı olub.

Yeni nəsil isə bu hadisəni təkcə xatırlamayıb, həm də davamlı şəkildə şəhidləri ziyarət edib, onların ruhlarına dualar oxuyub. Demək olar ki, hər gün Şəhidlər Xiyabanına axın var. Hər gün onlarla insan bu müqəddəs ünvana gəlir, azadlığımızın memarı olan bu insanları böyük ehtiramla yad edirlər.

Bizim.Media xəbər verir ki, aparılan statistikaya görə il ərzində Şəhidlər Xiyabanını 1 milyona yaxın insan ziyarət edir.
 

MÖVZU İLƏ BAĞLI:

20 YANVAR Azərbaycanda Ümumxalq Hüzn Günüdür


Bu ziyarətçilərin arasında kifayət qədər əcnəbi vətəndaşlar da var.

Bundan əlavə, 1990-cı ildə 20 yanvar şəhidlərinin dəfnində və yaxın 7 gündə Şəhidlər Xiyabanını 2 milyondan artıq insan ziyarət etmişdi. Ondan sonra bir gündə daha çox ziyarət 2000-ci ilin yanvarında baş verib.

Hadisələrin 10 illiyi ilə əlaqədar təkcə yanvar ayında bu müqəddəs ünvanı 1 milyon 300 min insan ziyarət edib. İlboyu isə daha 300 min insan Şəhidlər Xiyabanında ziyarətdə olub. Sonrakı illərdə isə ortalama hər il 1 milyondan artıq insan şəhidlərimizi ziyarət edib. 

Ümumi hesablamalara görə 33 ildə mütəşəkkil şəkildə Şəhidlər Xiyabanını 50 milyondan çox insan ziyarət edib. Bu statistikaya müxtəlif günlərdə sərbəst ziyarətlər daxil deyil.

Allah qədirbilən xalqımızı qorusun, şəhidlərimizə rəhmət eləsin, AMİN!

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO