İlham Əliyev Vaxtanq Kikabidzenin doğmalarına başsağlığı verdi

İlham Əliyev Vaxtanq Kikabidzenin doğmalarına başsağlığı verdi

Hazırda oxunan: İlham Əliyev Vaxtanq Kikabidzenin doğmalarına başsağlığı verdi

114878

Prezident İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı doğmalarına və yaxınlarına başsağlığı məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndik.

Vaxtanq Kikabidzenin adı sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunub. Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir.
Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur.

Vaxtanq Kikabidze Azərbaycanın böyük dostu idi. Onun yaradıcılığı Azərbaycan xalqı tərəfindən hər zaman sevilmiş, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənilmişdir. O, Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərin möhkəmlənməsinə də mühüm töhfələr vermişdir.

Görkəmli sənətkar və səmimi insan Vaxtanq Kikabidzenin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO