Qəbələdə gənc rəssamların sərgisi keçirilir - FOTO

Qəbələdə gənc rəssamların sərgisi keçirilir - FOTO

Hazırda oxunan: Qəbələdə gənc rəssamların sərgisi keçirilir - FOTO

114845

Qəbələli rəssamların əl işlərindən ibarət sərgidə Ulu öndərin həyat və yaradıcılığı əks olunub.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən Qəbələ Dövlət Rəsm Qalereyasında Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Dahiliyin Heydər Əliyev zirvəsi" adlı rəsm sərgisi təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra iştirakçılar ümummilli liderin həyat və fəalyyətinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.
Sərgidə gənc rəssamların Ulu öndərə həsr olunmuş rəsm əsərləri haqqında ətraflı məlumat verən Qəbələ Dövlət Rəsm Qalereyasının direktoru Təzəgül Nəsmiyeva bildirib ki, müasir gənclik Heydər Əliyevin ideyalarını anlayır, görür və yaşadır.

Məhz bu əsərlərin hər birində müasir Azərbaycan dövlətinin qurucusunun ideya və fikirlərini görmək mümkündür. Qalereya direktoru onu da əlvə edib ki, Heydər Əliyev fəaliyyəti dövründə rəssamlara diqqət və qayğı ilə yanaşıb xüsusən gənc rəssamların dünyanın müxtəlif ölkələrində yetişməsi üçün bütün imkanlardan istifadə edib.

Çıxışlarda o da vurğulanıb ki, bu gün Ulu öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Gənc rəssamların sərgisinin bu ayın sonuna kimi davam edəcəyi diqqətə çatdırılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO