Nənə ilə nəvəsinin öldüyü yanğının DETALLARI – YENİLƏNİB+VİDEO

Nənə ilə nəvəsinin öldüyü yanğının DETALLARI – YENİLƏNİB+VİDEO

Hazırda oxunan: Nənə ilə nəvəsinin öldüyü yanğının DETALLARI – YENİLƏNİB+VİDEO

114707

Nənə və nəvəsinin yanaraq ölməsinə səbəb olan dəhşətli yanğın Qusarın Yeni həyat kəndində qeydə alınıb.

Bizim.Media-nın FHN-nin müvafiq qurumundan əldə etdiyi məlumata görə, kənd sakini Telman Elman oğlu Əlirzayevə məxsus, ümumi sahəsi 168 olan iki mərtəbəli yaşayış evi əşyaları ilə tam yanıb. Nəticədə evdə olan nənə, 68 yaşlı Zərgül Abuzər qızı Əlirzayevanın və nəvədi, 7 yaşlı Orxan Telman oğlu Əlirzayevin meyitləri aşkar edilib.

Yanğının başvermə səbəbləri araşdırılır. Yanğın bu gün səhər 8.20-də başlayıb, yanğınsöndürənlər tərəfindən 09:13-də tam söndürülüb.

10.18

Qusarın Qalacıq kəndində meydana gələn yanğın ağır faciəyə səbəb olub.

Qusar FHK-nın sədri Şahid Fərəməzovun Bizim.Media-nın şimal bürosuna verdiyi məlumata görə, kənd sakini Ənvər Əlirzayevə məxsus yaşayış evi yanıb.

Yanğın yerindən ev sahibinin anası, 68 yaşlı Zərəngiz Əlirzayevanın və 1-ci sinifdə oxuyan 7 yaşlı nəvəsinin meyiti aşkar edilib.

Yanğınla bağlı müxtəlif versiyalar səsləndiyini deyən Şahid Fərəməzov hadisə yerində FHN-nin, rayonun hüquq-mühafizə orqanlarının araşdırma apardığını deyib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO